Təhsil Nazirliyində 2 şöbə müdiri vəzifəsinə yeni

TƏYİNAT
09 Yanvar 2020 - 13:00

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirliyin  Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.

Bundan əlavə, Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.

Qeyd edək ki, təyinatlar barədə ilk xəbəri “news24.az” saytı yayıb.