Təkrar yoluxma istisna edilmir –

ÜST
24 Avqust 2020 - 15:47

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa təkrar yoluxmanı istisna etmir, lakin tələsik nəticələrə gəlməməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Honkonqdakı təkrar yoluxmanı şərh edən ÜST-nin mütəxəssisi Mariya Kerkhove danışıb.

“Digər koronaviruslardan bilirik ki, immunitet müəyyən zaman qalır. Hələlik xəstəliyi keçirənlərdə immunitetin olduğunu görürük. Ancaq araşdırmalar davam edir”.