Tələbə qəfil  vəfat etdi –

Yüksək balla universitetə qəbul olmuşdu
14 Sentyabr 2019 - 10:34

Bakıda universitet tələbəsi vəfat edib.

Qafqazinfo-xəbər verir ki, Keçmiş Qafqaz Universitetinin Maliyyə ixtisı üzrə təhsil alan Nihat Mirzəzadə qəfil beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, 4-cü kurs tələbəsi olan Nihad ali məktəbə 677 balla qəbul olub.