“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

- FOTO
03 İyun 2020 - 13:47

İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev tədbirdə iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.