Təyyarə qəzasında həlak olan azərbaycanlılar dəfn edilir

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.

Daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib. Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.

Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.

Həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.

Daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlki məqalə

Siyasi partiyalar üçün ayılacaq maliyyənin məbləği AÇIQLANDI

Sonrakı məqalə

İlhamə Elşadqızı ağır ittihamla həbs edildi