Təhsil Nazirliyi Yeni ildə tətil günlərini açıqladı –"Bu xəbərlər əsassızdır"

Təhsil Nazirliyi Yəni il bayramında məktəblərdə tətil günləri ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair xəbərlər əsassızdır.

Təhsil Nazirliyi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq, bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Formula 1”in mətbuat katibi deputatlığa namizədliyini verdi:

Sonrakı məqalə

Tərtər Polis Şöbəsinin sahə rəisi rəisi bıçaqlandı-