Goranboyda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C. Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, C. Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
***
Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.