Tacikistan-Özbəkistan sərhədindəki insidentin səbəbkarı bilindi

- İŞİD məsuliyyəti öz üzərinə götürdü
09 Noyabr 2019 - 12:50

İŞİD terror təşkilatı Tacikistan-Özbəkistan sərhədindəki silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Amerikanın SİTE Kəşfiyyat Qrupu məlumat verib.

Qeyd edək ki, noyabrın 6-da 20 silahlı şəxs Tacikistan – Özbəkistan sərhədində yerləşən Sultanabad sərhəd dəstəsinin “İşkobod” zastavasına hücum edib.

Hücum zamanı 15 silahlı məhv edilib, 5 nəfər saxlanılıb. Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb.

Tacikistan Milli Təhlükəsizlik Komitəsi sərhəd zastavasına hücum edən şəxslərin Əfqanıstandan gələn İŞİD döyüşçüləri olduğunu bildirib.