Tacikistan-Özbəkistan sərhədindəki insidentin səbəbkarı bilindi- İŞİD məsuliyyəti öz üzərinə götürdü

İŞİD terror təşkilatı Tacikistan-Özbəkistan sərhədindəki silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Amerikanın SİTE Kəşfiyyat Qrupu məlumat verib.

Qeyd edək ki, noyabrın 6-da 20 silahlı şəxs Tacikistan – Özbəkistan sərhədində yerləşən Sultanabad sərhəd dəstəsinin “İşkobod” zastavasına hücum edib.

Hücum zamanı 15 silahlı məhv edilib, 5 nəfər saxlanılıb. Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb.

Tacikistan Milli Təhlükəsizlik Komitəsi sərhəd zastavasına hücum edən şəxslərin Əfqanıstandan gələn İŞİD döyüşçüləri olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbi hissələrdə “Açıq qapı günü” keçirilir

Sonrakı məqalə

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər