İndoneziyada 243 sərnişini olan gəmi ilə əlaqə kəsildi

13.09.2026 · 10:45 · Dünya

İndoneziyanın sahillərində, Yava dənizində sərnişin bərəsinin qəzaya uğramasından sonra 1 nəfər ölüb, 102 nəfər xilas edilib. Digər sərnişinlərin axtarışı davam edir.

Bu barədə BBC News məlumat yayıb.

İndoneziyanın axtarış-xilasetmə agentliyinin məlumatına görə, göyərtəsində 243 nəfərin olduğu “Virgo Transport 8” sərnişin bərəsi əlverişsiz hava şəraitinə düşüb. Bundan sonra gəmi ilə əlaqə kəsilib.

Bərə Surabayadan Kalimantan adasının cənubunda yerləşən Banjarmasin şəhərinə gedirmiş. Gəmidən son siqnal bazar günü yerli vaxtla saat 02:00 radələrində daxil olub. Həmin vaxt bərə Banjarmasinin təxminən 150 kilometr cənubunda olub.

Hadisə yerinə axtarış-xilasetmə gəmiləri və helikopter göndərilib. Yava dənizinin həmin ərazisində olan digər gəmilərə də xəbərdarlıq edilib və onlardan dənizdə sərnişinlər aşkar etdikləri halda məlumat vermələri istənilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

**

İndoneziyada göyərtəsində 243 sərnişin və heyət üzvünün olduğu sərnişin gəmisi ilə əlaqə kəsilib.

“Reuters” xəbər verir ki, gəmi Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətindəki Banjarmasin şəhərinə doğru hərəkət edib.

Ölkənin axtarış-xilasetmə agentliyi “Virgo Transport 8” gəmisi ilə əlaqənin kəsildiyini açıqlayıb. Hadisədən sonra gəminin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Putu Sudayana bildirib ki, məlumat daxil olduqdan dərhal sonra əməkdaşlar və xilasetmə gəmisi onun son məlum olduğu əraziyə göndərilib.

AzPost.az

Ukrayna Tatarıstana PUA zərbəsi endirib, 2 ölü, 12 yaralı var

13.09.2026 · 10:42 · Dünya

Ukrayna Ordusu Tatarıstana piotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Nijnekamsk şəhərində avtomobilə endirilən PUA zərbəsi nəticəsində 2 nəfər ölüb.

Sənaye və mülki obyektlərə PUA zərbələri zamanı 12 nəfər də xəsarət alıb.

Nijnekamsk şəhərində PUA hücumundan sonra müəssisələrdən birində baş vermiş yanğının söndürülməsi də davam etdirilir.

AzPost.az

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

12.09.2026 · 22:28 · Sosial

Kəlbəcər rayonunun Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur.

Bunu Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zar kəndində 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb inşa edilib.

Bəşir Hacıyev diqqətə çatdırıb ki, tikinti işləri tam başa çatdıqdan sonra kəndə köç prosesi həyata keçiriləcək.

“Oranın əzəli sakinləri torpaqlarına qayıdaraq burada yaşayacaq və çalışacaqlar”, – deyə xüsusi nümayəndə bildirib.

AzPost.az

Hörmüz boğazında yeni marşrut razılaşdırıldı –

12.09.2026 · 22:10 · Dünya

İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib.

Bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib.

Mənbənin sözlərinə görə, razılaşmanın yaxın vaxtlarda Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan edilməsi planlaşdırılır.

Bildirilib ki, razılaşma yalnız İran və Oman arasında əldə olunub. Digər ölkələrin nümayəndələri isə yeni marşrutun detalları və gəmiçilik qaydaları ilə tanış olmaq məqsədilə toplantıda iştirak edəcəklər.

Razılaşmaya əsasən, Hörmüz boğazından Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçir. Körfəzdən çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularını əhatə edir.

AzPost.az