Quba rayon İcra Hakimiyyətində bu vəzifələr boşdur

21.05.2025 · 11:19 · Aktual
Quba RİH

Quba rayon İcra Hakimiyyətində bir sıra vəzifələr boşdur. AzPost bu barədə rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadla xəbər verir.

Belə ki, Quba rayonu İcra Hakimiyyəti başçısı aparatının ştat cədvəlində İnformasiya təminatı və təhlil sektorunun müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi ştatlatı boşdur və vakant elan olunub.

AzPost.az

Lənkəranda vətəndaşa əzab verərək çəkiliş aparan şəxslər həbs edilib

21.05.2025 · 11:10 · Kriminal
Həbs

Lənkəran rayonunda 33 yaşlı şəxsə əzab verməklə zorakılıq hərəkətlər törədilməsi ilə bağlı məlumatlar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə mart ayında şəxsi münasibətlər zəminində baş verib. Həmin əməli törətməkdə şübhəli bilinən 2 dost – 39 və 34 yaşlı şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsində fakta görə Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə başlanan cinayət işi üzrə onlar şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

AzPost.az

Qaradağda avtomobildən 14 kq narkotik tapılıb

21.05.2025 · 11:00 · Ölkə

axili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 14 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə AzPost-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı 31 yaşlı Murad Zamanov və tanışı 46 yaşlı Seyranə Hüseynova saxlanılıblar. M.Zamanovun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzPost.az

“Varfarin DV”nin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara aydınlıq gətirildi

21.05.2025 · 10:57 · Gündəm

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Vrarfarin DV-nin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara aydınlıq gətirib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Son zamanlar mediada və sosial şəbəkələrdə Varfarin STADA — kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan preparatın idxalında çətinliklər yarandığı və bunun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən qaynaqlandığı, guya AEM-in bu DV-nin idxalına qadağa qoyması barədə iddialar səsləndirilir. Qeyd edilməlidir ki, Səhiyyə Nazirliyi və onun qurumları dərman idxalı ilə məşğul deyillər. Ölkəyə dərman vasitələrini özəl şirkətlər idxal edir.

Konkret Varfarinə gəldikdə isə, bildiririk ki, bu iddialar əsassızdır. “Stada Azerbaycan” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Analitik Ekspertiza Mərkəzinə 11 fevral tarixində göndərilən müraciətə baxılmış və onlara yararlılıq müddəti 5 il olan varfarin dərman vasitəsinin idxalına icazə verilməməsinin səbəbi mart ayında verilən cavabda geniş izah edilib.

Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.16.2. bəndinə əsasən idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir.

Hazırda, adı qeyd edilən dərman vasitəsinin (Varfarin Stada 2,5 mq N250) öncəki qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin 01.10.2024-cü il tarixdə bitdiyini, eləcə da davam etməkdə olan yenidən qeydiyyat prosesi üzrə verilmiş 03.03.2025-ci il tarixli 27561/24 nömrəli Ekspertiza rəyində sözügedən dərman vasitəsinin yararlılıq müddətinin 3 il olaraq qiymətləndirildiyini nəzərə alaraq, onun əvvəlki qeydiyyat vəsiqəsinə uyğun olaraq istehsal edilmiş partiyalarının idxalı məqsədəuyğun hesab edilmir. Yəni söhbət yararlılıq müddəti 5 il olan DV-nin idxalına icazə verilməməsindən gedir.

Bəri başdan qeyd edirik ki, artıq bu dərman vasitəsi aprelin 7-də yeni qeydiyyat vəsiqəsi almış və yararlılıq müddəti 3 il olan Varfarin dərman vasitəsi istənilən qədər idxal edilə bilər.

Varfarin stada dərman vasitəsi 07.04.2025-ci ildə DV №25-00442 nömrəli yeni qeydiyyat vəsiqəsi alıb. Hansı ki, burada onun yararlılıq müddəti ekspertiza rəyinə əsasən 3 il olaraq qeyd edilib.

AzPost.az