Rafael Quliyev kənd təsərrüfatı naziri təyin edildi

21.05.2025 · 10:55 · Baş Yazı, Gündəm

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatına yeni nazir təyin edilib. Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədovun müvafiq əmri ilə Rafael Quliyev Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

R. Quliyev bu təyinata qədər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsini icra etməyə davam edəcək.

Təyinatla bağlı sərəncamın yaxın dəqiqələrdə elan olunacağı gözlənilir.

Qeyd edək ki, dünən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində MR rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə iştirak edən Xəyalə Dadaşovanın fəaliyyəti yüksək qiymətləndirilib. Kənd Təsərrüfatı Nazirliyinin müsbət inkişaf dinamikası, artımların olduğu, subsidiyalarla bağlı əvvəlki rəhbərliyin dövründə yaranmış problemlərin aradan qaldırıldığı bildirilib. Belə bir məqamda, birdən-birə quruma yeni kənd təsərrüfatı nazirinin təyin olunması böyük suallar doğurur.

AzPost.az

Azərbaycan Turizm və Menecment Universitetinin 244 minlik tenderi ləğv edildi

21.05.2025 · 10:53 · Gündəm
Tender

Azərbaycan Turizm və Menecment Universiteti əsas tədris binasının təmir işləri ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, bu barədə qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.

Ləğv edilmənin səbəbi açıqlanmayıb.

Satınalmanın dəyəri 244 149 AZN olub.

AzPost.az

Ötən ay 254 min nəfər əlilliyə görə pensiya alıb

21.05.2025 · 10:48 · Sosial
Pensiya

2025-ci ilin aprel ayı ərzində əlilliyə görə 254 500-dən çox şəxs pensiya alıb.

AzPost bildirir ki, bu barədə DSMF-dən bildirilib.

Həmçinin 218 700-dən çox şəxs aylıq müavinət, 89 500-dən çox şəxs isə Prezident təqaüdü alıb.

AzPost.az

Öldürülərək Kürə atılan 16 yaşlı Nuranənin FOTOsu

21.05.2025 · 10:32 · Aktual

Xəbər verdiyimiz kimi, ötən gün  Sabirabadda yeniyetmə qız qətlə yetirilərək Kür çayına atılıb. Hadisəni törədən şəxs 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

AzPost xəbər verir ki, “Unikal” qətlə yetirilən qızın fotosunu əldə edib.

Məlumata görə, Seyidrəsul Talıbzadə hadisəni qısqanclıq zəmnində törədib.

AzPost.az