Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək

04.03.2021 · 09:50 · Baş Yazı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Azpost.info APA-ya istinadən bildirir ki, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 550-dən artıq müraciətə baxıb.

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 348 mindən çox artıb –

04.03.2021 · 09:24 · Baş Yazı

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 348 mindən çox artıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 348 min 281 nəfər yeni koronavirusa yoluxub, 7 min 807 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 114 milyon 428 min 211, ölənlərin isə 2 milyon 543 min 755 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Portuqaliya-Azərbaycan oyunu “Yuventus” klubunun stadionunda keçiriləcək

04.03.2021 · 01:15 · Baş Yazı

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, “Yuventus” klubuna məxsus stadionda təşkil olunacaq.

Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və “Yuventus” klubundan göndərilib. AFFA tərəfindən isə razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edib.

Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

03.03.2021 · 22:24 · Baş Yazı

Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

 Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Xatırladaq ki, bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür.