Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Taksi sürücüləri test imtahanı verib

User 06 Oktyabr 2024 - 19:22 (Last updated: 21 May 2025 - 20:15)
taksi imtahan

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) 6 oktyabr 2024-cü il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bu barədə DİM-dən məlumat verilib.

İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün 2002 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1952 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1735 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7 – 8 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

Post navigation

Previous: XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub –
Next: Bu gecə İran aeroportlarından uçuşlar dayandırılacaq

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.