Taksi sürücüsündən şok addım: "Cərimə olunmuşam pul ver" deyib tapança çəkdi - FOTO
Rusiyanın paytaxtı Moskvada sürücüdən pul tələb edən taksi sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb. AzPost MK-ya istinadla xəbər verir ki, taksi idarə edən 31 yaşlı Tver vilayəti sakini Moskva Dairəvi Yolu ilə Mojaysk şossesinin kəsişməsində başqa bir sürücünün, 37 yaşlı Kalmıkiya sakininin yolunu bağlayıb.
O, pnevmatik tapança ilə digər sürücünün əvvəl avtomobilinin şüşəsini, daha sonra özünü vurub. Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, bir neçə saat ərzində şübhəli şəxs saxlanılıb. O, əvvəllər Kalmıkların təqsiri üzündən yol hərəkəti qaydalarını pozduğunu və təzminat kimi həmin şəxsdən nağd pul aldığını etiraf edib. Faktla bağlı cinayət işi açılıb.
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...