Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək

Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna görə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi verilib.

Dəyişikliyə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş tam orta (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) təhsilli gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.

Əvvəlki məqalə

Prezident “Ələt azad iqtisadi zonası” barədə Sərəncama dəyişiklik edib

Sonrakı məqalə

ABŞ Ukrayna üçün hazırlanmış təhlükəsizlik zəmanətlərinin detallarını açıqlayıb