Tanınmış amerikalı jurnalist Taker Karlson İsraildə saxlanılıb

Tanınmış amerikalı jurnalist Taker Karlson İsraildə saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

Taker ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə müsahibədən sonra çərşənbə günü İsraildə saxlanıldığını bildirib.

Fox News-in sabiq aparıcısı olmuş ABŞ səfiri ilə onlayn mübahisədən sonra Hakabi Karlsonla birbaşa danışmağı təklif edib. Qəzzadakı hərbi əməliyyatlarına görə İsraili tez-tez tənqid edən Karlson Hakabinin təklifini qəbul edib.

Karlson Daily Mail-ə verdiyi açıqlamada vurğulayıb ki, müsahibədən qısa müddət sonra İsrail rəsmiləri onun pasportunu müsadirə edib və prodüserini dindirmə otağına aparıb.

“Özlərini hava limanının təhlükəsizlik işçisi kimi təqdim edən şəxslər pasportlarımızı götürdülər, prodüserimizi ayrı bir otağa apardılar və sonra səfir Hakabi ilə nələri müzakirə etdiyimizi soruşdular. Bu, qəribə idi”, – deyə Karlson bildirib.

İki mənbə bildirib ki, İsrail hökuməti əvvəlcə Karlsonu ölkəyə buraxmaqdan imtina edib.

İsraildəki ABŞ səfirliyinin sözçüsü Karlsonun saxlanılmasını təkzib edib və bildirib ki, o, “səfir Hakabi və digər diplomatlar da daxil olmaqla, İsrailə gələn saysız-hesabsız ziyarətçi ilə eyni formada pasport nəzarəti suallarına məruz qalıb”.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.