Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Tanınmış Azərbaycan şairi Məmməd İsmayılın səhhəti yenidən ağırlaşıb

User 31 Avqust 2024 - 14:45 (Last updated: 21 May 2025 - 20:15)
memmed ismayil
Tanınmış şair Məmməd İsmayılın səhhəti yenidən pisləşib.
Bu barədə Bakupost.az -a şairin qızı İntizar İsmayıl bildirib.
Onun sözlərinə görə, hazırda evdə yataq şəraitində olan 85 yaşlı şairin təcili xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
“Atamın ağrıları şiddətlənib. Ayaqları şişib, uzun müddət yataqda qaldığı üçün belində yataq yaraları əmələ gəlib. Evə həkimlər dəvət etdik. Bildirdilər ki, atam təcili şəkildə xəstəxanaya yerləşdirilməli və həkim nəzarətində ciddi müalicə almalıdır”, – deyə İ.İsmayıl vurğulayıb.
Xatırladaq ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın səhhətində bu il yazın əvvəllərindən problem yaranmışdı. 85 yaşlı şairin ev şəraitində müalicəsi nəticə vermədiyinə görə, bir qrup ziyalı mətbuatda onun müalicəsinin nəzarətə götürülməsi ilə əlaqədar dövlətə çağırış etmişdi. O, aprel ayında “Bona Dea” Beynəlxalq Hospitalına yerləşdirilmiş və Heydər Əliyev Fondunun dəstəyi ilə əməliyyat edilmişdi.

Post navigation

Previous: Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasında Rusiyanın vasitəçiliyini rədd edib
Next: Bakının bu yerlərində suyun verilməsində fasilə yaranacaq

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.