Tanınmış iqtisadçı AZAL-ın qiymətinə etirazını bildirdi –Türkiyə səfirliyinə müraciət etdi

Tanınmış iqtisadçı-ekspert, “Güzəran” İctimai Birliyinin sədri Qadir İbrahimli Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib.

Azpost.info-nun məlumatına görə, Q.İbrahimli müraciətində Türkiyədə qalan Azərbaycan vətəndaşlarının ölkəyə dönüşünü Türk Hava Yollarının öz üzərinə götürməsinə çağırıb: “Türkiyə dövlətinə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edirəm – Türkiyədə qalan Azərbaycan vətəndaşlarının ölkəyə dönüşünü Türk Hava Yolları üzərinə götürsün”.

Onun sözlərinə görə, AzAL bütün biletlərin satıldığını elan edib: ”9, 11, 16 və 18 iyul satışa çıxarılan biletlərin guya hamısı satılıb və yalnız biznes-klass biletləri qalıb – Bu qiymətlər isə 701 dolllardan başlayır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa yoluxanların sayı 15 mini keçdi

Sonrakı məqalə

Koronavirus Fonduna 114 milyon manat pul yığılıb