Tanınmış iranlı şahmatçı vətəndaşlıqdan imtina edir

İran şahmatın ən reytinqliçempionu qarşıdakı turnirdə İran adından çıxış etməyəciyini və İsrail oyunçularına qarşı yarışma qadağasına görə vətəndaşlıqdan imtina etməyə hazır olduğunu açıqlayıb.

İran şahmat federasiyasının rəhbəri Tehranın ISNA xəbər agentliyinə verdiyi açıqlamasında “Əlireza Firuzca hazırda Fransada yaşayır …ola bilsin ki, Fransa və ya ABŞ bayrağı altında oynamaq istəyir” deyə o bildirib. 16 yaşındakı Əlireza vətəndaşlığını dəyişdirmək istədiyini bildirib.

İrandan Əlirezanın vətəndaşlıqdan imtina etməsi barədə açıq-aydın qərarına heç bir reaksiya verilməyib. Əlireza ailəsindən də açıqlanma verilməyib.

İran rəsmiləri daha iki iranlının israilli şahmatçılarla əvvəlki oyunlarda yarışmasına görə Moskvada keçiriləcək Dünya Rapid & Blitz turnirinə qatılmaqdan imtina etdiyini açıqlayıb.

Lakin Əlireza İranın turnirdən geri çəkilməsinə etiraz edib. O, İranın ən yüksək səviyyəli şahmatçısı və dünyanın ikinci ən yaxşı gənc oyunçusudur.

İran rəsmiləri bütün İran idmançılarını israillilərlə yarışmaqdan çəkinməyə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu il 5 milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçib” –

Sonrakı məqalə

20 İL ƏVVƏL 2020-Cİ İL ÜÇÜN VERİLƏN PROQNOZLAR-