Tanınmış jurnalist Aida Eyvazlının kitabları Almaniyada kitabxana kataloquna salınıb

Tanınmış jurnalist və tədqiqatçı Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın Martin Luther Universiteti kitabxanasının kataloqlarına yerləşdirilib. 

Bu sevinci dostları ilə bölüşən Aida Eyvazlı Göytürk səhifəsində yazıb.

Azərbaycanda Bakı I Türkoloji Qurultayının 100 illiyi keçirildiyi bir həftədə , sevincimin içərisinə bir sevinc də əlavə olundu. Gözümün nuru, canım, qanım, ruhumla yazdığım və tərcümə etdiyim kitablar  Almaniyanın Martin Luther Universiteti kitabxanasının kataloqlarına yerləşdirilib.

“Qalibiyyət:şahidlər və şəhidlər”  ikicildlik kitabımın  ikinci nəşri, “Sahaya” kitabım və bir də  azərbaycan dilinə tərcümə etdiyim  Darxan Kıdırəlinin “Daşa yazılan tarix”  kitabı.

Martin Lüther Universiteti kimi tanınan elm və təhsil ocağı Almaniyanın Halle-Vittenberq şəhərində yerləşən Martin-Luther-Universität Halle-Wittenberg (MLU) universitetidir. 1696-cı ildə qurulan kitabxana 5,5 milyondan çox kitab, əlyazma və sənəd ehtiyatı ilə Almaniyanın ən böyük ali təhsil kitabxanalarından biridir.

“Qalibiyyət:şahidlər və şəhidlər”  ikicildlik kitabı Azərbaycanın ilk Zəfər kitabıdır. Bu kitabda 2016-cı ilin aprelində döyüşüb, zəfər qazanaraq şəhid olmuş, qəhrəmanlıq göstərib qazi adını qazanan döyüş iştirakçılarının həyatınfdan bəhs edən  sənədli, tarixi və fundamental bir əsərdir. Bui kitabla mən Zəfərə, Qalibiyyətə ömürlük heykəl qoydum. Kitabın çapının  ilk dəstəkçisi millət vəkili Cavanşir Feyziyev olub, ikinci çapını isə Mənəvi Dəyərlərin Təbliği Fondu edib.

İKinci kitab isə azərbaycan dilinə  tərcümə etdiyim  tanınmış türkoloq, akademik dr.Darxan Kıdırəlinin “Daşa yazılan tarix” kitabıdır. Bu kitabı Türk Mədəniyyəti və İrsi fondu çap edib.  I Türkoloji Qurultayın tarixinin yeni dövrdə araşdırılmasında təşəbbüskar, ortaq türk əlifbasının yaradllmasının yolunda əzmlə mübarizə aparan böyük türkçü Darxan Kıdırəlinin kitabın bu kataloqa düşməsi məni çox sevindirdi.

Üçüncü kitabım isə ağ bənizli gözəlim“Sahaya”dır. Bu kitaba ön sözü AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazdı və dedi ki, I Türkoloji Qurultayın 100 illiyinə ən böyük tövhədir. “Sahaya” kitabımda isə gözlərdən uzaq, könüllərdə həsrəti yaşayan yakutların tarixi və kökü, iris, mədəniyyəti, şəxsiyyətləri haqqındadır. Kitabı AMEA çap edib.

Kitablarımı Martin Luther Universiteti kitabxanasının kataloquna yazdıran böyük türkoloq və alim dr. Volker Adama təşəkkür edirəm.

 

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.