Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Tarantino ən yaxşı 3 filminin adını çəkib

User 07 Sentyabr 2025 - 11:50 (Last updated: 07 Sentyabr 2025 - 09:48)
tarantino
Amerikalı rejissor və ssenarist Kventin Tarantino (Quentin Tarantino) şəxsi yaradıcılığının ən dəyərli işlərini açıqlayıb və niyə yeni layihədən imtina etdiyini izah edib.
“The Church of Tarantino” podkastında ikiqat “Oskar” mükafatı laureatının sözlərinə görə, onun sevimli filmi “Bir zamanlar… Hollivudda”dır. Özünün ən yaxşı işi kimi “Şərəfsizlər dəstəsi”ni qiymətləndirib, “Kill Bill”i isə yalnız özü çəkə biləcək film adlandırıb:
“Düşünürəm ki, “Kill Bill” mənim doğulma səbəbim olan filmdir. “Şərəfsizlər dəstəsi” mənim zirvəmdir, amma “Bir zamanlar… Hollivudda” qəlbimdir”, – deyə Tarantino vurğulayıb.
Ssenarilər barədə danışarkən rejissor əlavə edib ki, ən güclü mətni “Şərəfsizlər dəstəsi”dir. Onun fikrincə, “Nifrətlilər səkkizliyi” və “Bir zamanlar… Hollivudda” da ən yaxşı işlər sırasındadır. Xüsusilə “Nifrətlilər səkkizliyi”ni rejissorluq baxımından ən uğurlu işi hesab etdiyini bildirib.
Niyə yeni filmə başlamadı?
Tarantino sevimli əsəri olmasına baxmayaraq, “Bir zamanlar… Hollivudda”nın davamını çəkmək istəməyib. “Netflix” üçün nəzərdə tutulan “Klif Butun sərgüzəştləri” filmini rejissor Devid Finçer (David Fincher) ekranlaşdıracaq. Tarantinonun sözlərinə görə, onun sonuncu filmi tanış hekayənin davamı yox, yeni və naməlum istiqamət olmalıdır: “Son filmim məni bilinməzliyə aparmalıdır. Yenidən nə etdiyimi bilməməliyəm”.
Bundan başqa, Tarantino uzun illərdir müzakirə edilən “Kinotənqidçi” layihəsindən də imtina etdiyini təsdiqləyib. O bildirib ki, bu film əvvəlki işlərini çox xatırladır və yaradıcılıq baxımından yeni çağırış təqdim etmir.
Tarantinonun kinematoqrafiya yolu
Los-Ancelesdə böyüyən Tarantino gənclik illərində videoprokatda işləyərək yüzlərlə film izləyib. Onun rejissor debütü 1992-ci ildə “Quduz itlər” filmi ilə olub. İki ildən sonra isə “Kriminal qiraət” ona həm “Qızıl Palma Budağı”, həm də “Oskar” qazandırıb və dünya şöhrəti gətirib.
Tarantinonun filmləri qeyri-xətti süjet quruluşu, uzun dialoqlar, qara yumor, parlaq zorakılıq səhnələri və kino tarixinə istinadlarla seçilir.
Ən məşhur filmləri bunlardır:
“Quduz itlər” (1992)
“Kriminal qiraət” (1994)
“Ceki Braun” (1997)
“Kill Bill” (2003–2004)
“Ölüm sübutu” (2007)
“Şərəfsizlər dəstəsi” (2009)
“Canqo azad oldu” (2012)
“Nifrətlilər səkkizliyi” (2015)
“Bir zamanlar… Hollivudda” (2019)
Rejissor iki dəfə “Oskar”, “Qızıl Palma Budağı”, “BAFTA” və “Qızıl Qlobus” mükafatları qazanıb. O dəfələrlə bildirib ki, yalnız 10 tammetrajlı film çəkəcək və karyerasını zirvədə tamamlayacaq. Hazırda onun film siyahısında doqquz iş var, sonuncu layihə isə hələ də sirr olaraq qalır.

AzPost.az

Post navigation

Previous: Leonardo da Vinçinin ürək rəsmlərindəki 500 illik sirr açıldı
Next: Avropada ən bahalı və ən ucuz «novostroyka» hardadır? –

Oxşar xəbərlər

suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.