Məşhur Hollivud aktyoru Maykl Medsen vəfat edib.  AzPost bildirir ki, 67 yaşlı aktyor 911 zəngindən sonra Malibudakı evində huşsuz vəziyyətdə tapılıb. “The Hollywood Reporter” Los-Anceles polisinin sözçüsünə istinadən yazır ki, onun ölümü yerli vaxtla səhər saat 8:25-də qeydə alınıb. Onun EMR Media Entertainment-dəki nümayəndəsi Liz Radriguez nəşrə əlavə edib: "Biz belə başa düşürük ki, Maykl infarkt keçirib". Madsen aktyorluq karyerasına 1980-ci illərdə başlayıb və 346 filmdə çəkilib. Kventin Tarantinonun "Quduz itlər", “Billi öldürmli", “İyrənc səkkizlik" və digər filmlərində oynayıb.  

AzPost.az