Tarix elmləri doktoru Vəli Əliyev dünyasını dəyişib

AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Hüseyn oğlu Əliyev dünyasını dəyişib.

Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Pərviz Qasımov məlumat verib. O bildirib ki, alim bu gün vəfat edib. Mərhum Mehdiabad qəbiristanlğında torpağa tapşırılıb.

Qeyd  ki, Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Həsən Ruhani və Vladimir Zelenskiyə başsağlığı verdi

Sonrakı məqalə

Zeynəb Xanlarova seçkiyə getmir