Tarixçi alim Dilavər Əzimli Cəlilabadda dəfn olundu –FOTO

Bu gün vəfat edən tanınmış tarixçi alim Dilavər Əzimli dəfn olunub.

O, doğulduğu Cəlilabad rayonunun Ağdaş kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, 62 yaşlı D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.

Qeyd edək ki, tarix elmləri üzrə fəlsəfə doktoru olan D.Əzimli 10 ildir pedaqoji fəaliyyətlə məşğul olub. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb. (Qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb –

Sonrakı məqalə

İstanbul Prokurorluğu Mübariz Mənsimovun məhkəmə nəzarəti altında azad olunmasını istəyib