““Taxıl sazişi”nin bərpasına inanırıq, bu, hamının xeyrinə olacaq”- ÇAVUŞOĞLU

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə “taxıl sazişi” ilə bağlı telefon danışığı aparacaq”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Prezidentimiz yaxın günlərdə Putin və Zelenski ilə danışıqlar aparmaq niyyətindədir. O, bu məsələ (taxıl sazişi) ilə birbaşa məşğuldur. Biz sövdələşmənin bərpasına inanırıq, bu, hamının xeyrinə olacaq”, – Çavuşoğlu bildirib.

Azpost.info

Əvvəlki məqalə

Avropanın enerji məsələləri üzrə komissarı Kiyevə gəlib

Sonrakı məqalə

Prezidentin köməkçisi Naxçıvanda hərbi komandanlıqla müşavirə keçirib