Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb

29-30 noyabr tarixlərində Tbilisidə keçirilən etiraz aksiyalarında 107 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qurumun məlumatında bildirilib ki, etirazçılar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə müxtəlif əşyalar, daş, pirotexniki vasitələr, şüşə butulkalar, metal əşyalar atıblar.

Nəticədə aksiya zamanı 10 polis əməkdaşı yaralanıb.

Əvvəlki məqalə

Antalyada 4,8 bal gücündə zəlzələ baş verib

Sonrakı məqalə

Britaniyada bir nəfər 177 milyon funt sterlinqlik cekpotu udub