Tbilisidə polis etiraz aksiyasını dağıdıb –

37 nəfər saxlanılıb
19 Noyabr 2019 - 08:59

Gürcüstan parlamentinin qarşısında mitinq və etiraz aksiyasının dağıdılması zamanı 37 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib. Bildirilib ki, həmin şəxslər polislərə itaət etmiyib və xuliqanlıq edib. Mitinqin dağıdılması zamanı dörd nəfər yaralanıb. Onların arasında xəstəxanalara yerləşdirilən iki polis əməkdaşı da var.