Tbilisidə müxalifətin etiraz aksiyası yenidən bərpa olunub –FOTO

Gürcüstanın birləşmiş müxalifəti paytaxt Tbilisidə, ölkə parlamentinin binası önündə etiraz aksiyasını noyabrın 16-da bərpa edib.

Aksiyaya mindən çox insan qatılıb. İştirakçıların əsas tələbləri hökumətin istefası və proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Müxalifət, həmçinin ölkədə müvəqqəti hökumətin yaradılması və Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini də tələb edir.

Aksiyaya parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının üzvləri və tərəfdarları da qatılıb. Parlamentin qarşısındakı Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb.

Polis ərazidə ictimai asayişin qorunmasını təmin edir.

Müxalifət noyabrın 17-də saat 15:00-da ölkə üzrə ümumxalq yürüşü və böyük mitinq keçirmək barədə qərar qəbul edib. (Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib

Sonrakı məqalə

İlqar Məmmədov REAL-a müraciət etdi: