Tbilisinin meri Kaxa Kaladze beyin qan dövranının pozulması ilə bağlı xəstəxanaya aparılıb

26 Mart 2021 - 23:41
Tbilisinin meri Kaxa Kaladze beyin qan dövranının pozulması sindromu ilə xəstəxanada müalicə alır.
Azpost.info bildirir ki, bu barədə K.Kaladze özü məlumat verib: “Dostlar, nə üçün az-az görünməyim barədə çoxlu müraciətlər alıram. Bildirmək istəyirəm ki, məndə verterebo-bazilyar sindromu (beyin qan dövranın pozulması) diaqnozu təsdiqlənib. Hazırda klinikada tibbi müayinədəyəm”. 
K.Kaladzenin sözlərinə görə, klinikada olmasına baxmayaraq distant formada işləməkdə davam edir.
Vertebro -bazilyar sindromu onurğa arteriyalarında qan dövranının zəifləməsi üzündən beyində funksionallığın pozulmasıdır.