TƏBİB Qazaxda qadının dərmandan zəhərlənməsinə münasibət bildirib

hekim

Qazaxda qadının dərmandan zəhərlənməsinə TƏBIB-dən açıqlama verilib.

TƏBIB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 12.01.2025-ci il tarixində saat 16:30 radələrində 2000-cil təvvəlüdlü şəxsin (qadın cinsli) gəmiricilər əleyhinə kimyəvi dərman zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

Dərhal çağırış ünvanına briqada cəlb olunub.

Lakin Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunarkən şəxsin ölüm faktı qeydə alınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.