“Tehran husiləri cilovlaya bilməsə…”- Çindən İrana ULTİMATUM

Çin İrana husilərin gəmilərini atəşə tutmasının nəticələri ilə bağlı xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazıb.

İranlı diplomatlar deyirlər ki, Çin gəmilərinə hücum iki ölkə arasında ticarət əlaqələrinə zərər verə, xüsusən də Pekin Tehrandan neft alışını əhəmiyyətli dərəcədə azalda bilər.

Agentlik mənbələri iddia edir ki, Çin və İran diplomatları husilər tərəfindən gəmilərin atəşə tutulması məsələsi ilə bağlı artıq bir neçə görüş keçirib. İranın diqqətinə çatdırılıb ki, Çin gəmiləri vurularsa, Pekin çox məyus olacaq. Tehran husiləri cilovlaya bilməsə, Çin ticarət müqavilələrinin şərtlərinə yenidən baxa bilər.

Statistikaya görə, bu gün Çin İranın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə ölkədə hasil edilən xam neftin 90 faizdən çoxunu əldə edib.

Azpost.info

Əvvəlki məqalə

“Ümid edirik ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq”

Sonrakı məqalə

Putin hərbi təyyarənin vurulmasına görə Kiyevi ittiham edib