Tehranda küçədə silahlı atışma olub –

2 uşaq yaralanıb, evlərə ziyan dəyib
06 Dekabr 2019 - 10:14

İranın paytaxtı Tehranda Əfsəriyyə xiyabanında atışma baş verib.

Atışma nəticəsində 1 nəfər ölüb, bir neçə  nəfər  yaralanıb. Çayxanada baş verən atışma 3 nəfər arasında olub. Daha sonra silahlı şəxslər küçədə atışmanı davam etdiib. Atəş nəticəsində ətrafdakı insanlar da xəsarət alıb. Yaralanan şəxslər ikisi 7 və 12 yaşllarındadır.

Atışma nəticəsində küçədə olan avtomobil və evlərə də ziyan dəyib. Hadisə yerinə polis cəlb edilib. Atəş açan şəxslərin kimliyi müəyyənləşib, onların axtarışı davam edir. (APA)