Tehranda küçədə silahlı atışma olub –2 uşaq yaralanıb, evlərə ziyan dəyib

İranın paytaxtı Tehranda Əfsəriyyə xiyabanında atışma baş verib.

Atışma nəticəsində 1 nəfər ölüb, bir neçə  nəfər  yaralanıb. Çayxanada baş verən atışma 3 nəfər arasında olub. Daha sonra silahlı şəxslər küçədə atışmanı davam etdiib. Atəş nəticəsində ətrafdakı insanlar da xəsarət alıb. Yaralanan şəxslər ikisi 7 və 12 yaşllarındadır.

Atışma nəticəsində küçədə olan avtomobil və evlərə də ziyan dəyib. Hadisə yerinə polis cəlb edilib. Atəş açan şəxslərin kimliyi müəyyənləşib, onların axtarışı davam edir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev:

Sonrakı məqalə

Azərbaycanlıların ömrü son 40 ildə uzanıb –