Təkbaşına meşə yaradan dünyanın ən böyük ağacı - FOTO
Dünyanın ən böyük anakardiya ağacı Braziliyanın Natal şəhəri yaxınlığındakı Pirangi do Nortedə yerləşir.
Bu ağac təxminən, 8500 kvadratmetr ərazini əhatə edir və “Ginnesin Rekordlar Kitabı” tərəfindən dünyanın ən böyük sahə tutan ağacı (meşə) kimi tanınır.
Ağacın 100 ildən çox yaşı olduğu güman edilir. Nəhəng ölçüsünə baxmayaraq, o, tək ağacdır və ziyarətçilərin zövq ala biləcəyi geniş kölgəli sahə yaradır. Ağac həm də anakardiya istehsal edərək öz əhəmiyyətini artırır. Sözügedən ağacın bu qədər geniş sahə tutmasının iki səbəbi vardır:
-Ağacın hava kökləri yaratmaq (meşə) qabiliyyəti;
Hava köklərinin yerin cazibəsi nəticəsində yer səthinə doğru istiqamətlənərək yenidən kök salması və zamanla bu köklərin ağacın ikinci dərəcəli gövdələrinə çevrilməsi.
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...