Teledərslərin başa çatacağı tarix açıqlandı

03 İyun 2020 - 12:08

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramının başa çatacağı tarix açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, ümumtəhsil məktəbləri üçün teledərslər 12 iyun tarixində başa çatacaq.

Eyni zamanda qeyd edilib ki, yay tətilində “Virtual məktəb”də dərslər olmayacaq. Lakin müxtəlif öyrədici materialların portala yüklənməsi davam etdiriləcək.