“Telefon susmurdu, yeməyə heç nə yox idi…”- “Bloomberg” Zelenskinin bunker həyatından yazıb

Ukrayna prezidenti Vladimir Zelenskinin xüsusi hərbi əməliyyatın başladığı ilk günlərdə bunkerdə qaldığı məlum olub.

Azpost.info xəbər verir ki, “Time”ın müxbiri və Ukrayna prezidenti Vladimir Zelenskinin bioqrafı Saymon Şuster “The Showman” kitabında Zelenskinin bunkerdə keçirdiyi günləri təsvir edib.

Kitabdan çıxarışları “Bloomberg” dərc edib.

Şusterin sözlərinə görə, Zelenskinin bunkeri onun Kiyevdəki iqamətgahının altında yerləşir. Orada çarpayı, qantellər və stolüstü tennis var.

Bioqraf qeyd edib ki, bir il Zelenskinin yanında olub və Ukraynadakı xüsusi əməliyyatın əvvəlində onun necə yaşadığını görüb. Jurnalist qeyd edib ki, həmin aylar prezident üçün ən çətin dövr olub, bunkerdə telefon səsi bir an belə, susmayıb.

Şuster yazır ki, Zelenskinin bunkerdə yeməyə heç nə olmayıb. Zelenski bir neçə gün şokoladla yaşayıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb

Sonrakı məqalə

İranda Azərbaycanın sədrliyi ilə İƏT-in toplantısı keçirilib