“Telegram”ın sahibi Durov Rusiyada terrorizmə köməkdə şübhəli bilinir

Telegram sosial platformasının qurucusu Pavel Durov Rusiyada terrorizmə kömək etməkdə şübhəli bilinir.

Azpost.info bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

FSB materiallarına istinad edən nəşrlərin məlumatına görə, 2022-ci ildən bəri Rusiyada mesajlaşma tətbiqi ilə bağlı 153.000-dən çox cinayət qeydə alınıb. Bunlardan 33.000-i təxribat, terrorçu və ekstremist xarakterlidir. Bura partlayışların təşkili, hərbi komissarlıqlara yanğın hücumları və qətllər daxildir.

“2024-cü ilin mart ayında Crocus City Hall-da baş verən terror aktı Telegram vasitəsilə əlaqələndirilib. Mesajlaşma tətbiqinin analitikasından istifadə edərək hücum edənlər sonradan cinayətlərin qurbanı olan yüksək rütbəli hərbi vəzifəli şəxslərin, bloqçuların və jurnalistlərin hərəkətləri barədə məlumat toplayıblar.

Telegram vasitəsilə planlaşdırılan ümumilikdə 475 terror hücumunun qarşısı alınıb”-deyə FTX-nın açıqlamasında vurğulanır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.