“Telegram” platformanın qaydalarını pozan istifadəçilərin İP ünvanlarını və telefon nömrələrini hüquq-mühafizə orqanlarına açıqlamağa hazırdır.
Azpost.info xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov bildirib.
“Biz xidmət şərtlərimizi və məxfilik siyasətimizi yeniləmişik. Biz açıq şəkildə bildirdik ki, qaydalarımızı pozanların İP ünvanları və telefon nömrələri əsaslı hüquqi sorğulara cavab olaraq müvafiq orqanlara verilə bilər”, – Durov Telegram kanalında yazıb.
Eyni zamanda o qeyd edib ki, əvvəllər qanunsuz mal satmaq üçün “Telegram”dan istifadə ediblər: “Telegram qeyri-qanuni xidmət və məhsulların təbliği üçün deyil, dostlar tapmaq və xəbərlər almaq üçün nəzərdə tutulub. Son bir neçə həftə ərzində platformanın moderatorları bütün problemli məzmunu siliblər. Telegram axtarışında təhlükəli və ya qeyri-qanuni bir şey tapsanız, @SearchReport vasitəsilə bizə bildirin”.
Azpost.info