“Telegram”ın yaradıcısı Durov Azərbaycandan Parisə qayıdarkən həbs edilib

Telegram messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında həbs edilib.

Azpost.info bildirir bu barədə Fransanın LCI xəbər kanalı məlumat yayıb.

Onun Azərbaycandan gələn kimi dərhal saxlanıldığı iddia edilir. O, Fransaya şəxsi biznes təyyarəsi ilə gəlib.

Onun həbsinin səbəbi məlum deyil. 2021-ci ildə Durov Fransa vətəndaşlığını alıb.

TF1 telekanalı bildirir ki, Durov şənbə günü axşam saat 20:00 radələrində şəxsi təyyarəsindən Le Burje hava limanında uçuş-eniş zolağına enərkən həbs edilib. Həbs GTA jandarmları tərəfindən həyata keçirilib.

Durov saxlanılarkən yanında mühafizəçi və bir qadın olub.

Onun FPR-də (axtarışda olan şəxslərin işi) qeydiyyatda olduğu məlum olub.

LCI kanalının saytında bildirilir ki, Fransa hüquq-mühafizə orqanları Durovun messencerin yaradıcısı kimi narkotik alverini, uşaqlara qarşı cinayətləri və dələduzluğu təbliğ etməkdə şübhələnirlər. Telegram-ın hakimiyyətlə əməkdaşlıqdan imtina etdiyi iddia edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.