Telman İsmayılova görə dövlət katibinə Rusiyaya giriş qadağan edilib
İş adamı Telman İsmayılova sığınacaq verdiyinə görə Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiyaya girişinə qadağa qoyulub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 2-də Rusiya Xarici İşlər Nazirliyinin Zoran Milyaniçin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı notası Monteneqronun Rusiyadakı səfirliyinə göndərilib.
Qeyd olunub ki, bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma – Rusiya vətəndaşı olan Telman İsmayılova siyasi sığınacaq verməsinə Xarici İşlər Nazirliyinin cavabıdır.
