“Terrorçular silahdan istifadə etməkdə davam edirlər” –Qazaxstan prezidenti

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə terrorla mübarizə qərargahının iclası keçirilib.

“Sputnik Qazaxıstan” xəbər verir ki, Tokayev iclasda antiterror əməliyyatı barədə danışıb.

“Əməliyyat artıq başlayıb. Hüquq-mühafizə orqanları ciddi işləyir. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu, əsasən, bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Lakin terrorçular silahdan istifadə etməkdə və əmlaka ziyan vurmaqda davam edirlər. Buna görə də terrorla mübarizə tədbirləri yaraqlılar tamamilə məhv edilənə qədər davam etdirilməlidir”, – Prezident bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saxta “FHN polkovniki” Rasim Türkiyədə daha bir məmuru da aldadıb –

Sonrakı məqalə

Almatının mərkəzi meydanında atışma başlayıb