Texnikumlarda oxuyanların böyük əksəriyyəti qızlardır –Belə qeyri-bərabərlik nə üçün yaranıb?

Azərbaycanın dövlət orta ixtisas təhsili müəssisələrində təhsil alanlardan 19 min 467-si təqaüd alır.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Rəsmi nəşrin tədris ilinin əvvəlinə olan məlumatına görə, dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 51 min 741 tələbə təhsil alır. Onlardan 34 min 19-u qadınlardır. Ötən tədris ilində kolleclərdə çalışan müəllimlərin sayı 5 min 735 nəfər təşkil edib ki, bunun da 4 min 524-ü qadınlar olub. Ümumilikdə kolleclərdə 8 elmlər doktoru, 103 fəlsəfə doktoru, 10 professor və 18 dosent dərs deyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və köçkündür –

Sonrakı məqalə

Rusiya Mərkəzi Seçki Komissiyasının sədrinə hucum edib döydülər –