Teymur Rəcəbov “Airthing Masters” turnirinin dörddəbir finalına yüksəlib

28 Dekabr 2020 - 23:59

Rapid üzrə “Champion Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirində dörddəbir finalın iştirakçıları müəyyənləşib.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov son iki turda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav və hindistanlı rəqibi Harikrişna Pentala ilə heç-heçə edib. On bir turda ümumilikdə 6 xal toplayan şahmatçımız seçmə mərhələsini beşinci yerdə başa vurub və dörddəbir finala vəsiqə qazanıb. Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen 11 turdan 6,5 xal toplayaraq birinci pillədə qərarlaşıb.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.