Teymur Rəcəbov qələbəsindən yazdı:

“Deyiləcək artıq söz yoxdur”
05 Oktyabr 2019 - 10:53

Ötən gün Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi Azərbaycan şahmatçısı Teymur Rəcəbov qələbəsi barədə yazıb.

T.Rəcəbov rəsmi “Twitter” hesabında “2019-cu il Dünya Kubokunu qazandım. Deyiləcək artıq söz yoxdur” , – deyə bildirib.

Qeyd edək ki, 32 yaşlı qrossmeyster matçdan sonra çox xoşbəxt olduğunu açıqlamışdı.