Britaniyanın “The Economist” jurnalı yeni üz qabığına ilan formasında bir dollar əskinası yerləşdirib. Jurnalın tam sayı 7 fevralda dərc olunacaq.
Onlayn versiyada əskinasın şəkli “Məkrli və düşən dollar dövranı” adlı məqaləyə əlavə olunur.
Alt başlıqda deyilir: “Amerikalı aktiv sahibləri buna öyrəşməli olacaqlar”.
Jurnalistlər hesab edirlər ki, ABŞ-ın iqtisadi artımı dünyanın həsəd apardığı kimi qalır, amma əslində mənzərə daha qaranlıq və daha mürəkkəbdir. Nəşr qeyd edir ki, Trampın andiçmə mərasimindən bəri dollar geniş valyuta səbətinə qarşı dəyərinin onda birini itirib. Bu arada avro ilə ifadə olunan ABŞ səhmləri il ərzində çətinliklə artıb.