Tibb Xidməti Baş İdarəsinin rəis müavini:“Vətən müharibəsində 42 tibb işçisi şəhid olub, 159-u yaralanıb”

“Vətən müharibəsi zamanı digər hərbi qulluqçularla yanaşı, Müdafiə Nazirliyinin tibbi personalı da böyük qəhrəmanlıq və şücaət göstərib”.

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı 159 tibb işçisi yaralanıb, ümumilikdə 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağda sülhməramlıların sayının artırılması yalnız tərəflərin razılığı ilə mümkündür”-

Sonrakı məqalə

İran Araz çayı üzərində “Xudafərin SES”-in tikintisi ilə bağlı Azərbaycanla danışıqlara başladı