Tibbi maskada “nanoqurd”larla bağlı məlumat yalandır –

Mütəxəssilər aydınlıq gətirdi (VİDEO)
31 Mart 2021 - 19:59

Tibbi maskalarda “nanoqurdların olması” barədə videorolik iki gündür MDB məkanında ciddi rezonans verib.

Azpost.info bildirir ki, naməlum qadının çəkdiyi videoda koronavirus əleyhinə maskanın qaynar suya qoyulduğu zaman üzərində tərpənən cisimlərin olduğu iddia olunur. Bu qorxu və həyəcan yaradan idda sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb.

Azərbaycanda da bu məsələ qızğın müzakirə olunur.

“Nanoqurdlar” haqqında yayılan bu informasiya növbəti feyk-xəbərdir.

“Təhlükəsiz internet” üzrə mütəxəssisləri bildirir ki,  “qurd” iddiası fizikadan biliyi olmayanların ciddi yanılması nəticəsində ortaya çıxıb.

Həqiqətdə isə videonun müəllifi kameraya hava kütləsinin təsirindən (ola bilsin telefon sahibinin nəfəsindən) yüngül parça liflərinin hərəkətini çəkib.

Bu, zavodda maska ilə yanaşı istehasal olunan başqa bir rəngli sintetik məmulatın hissəciləri ola bilər.

Parça liflərində “nano hissəciklər” kimi qələmə verilən parça lifləri canlı deyil. Amma onlar hərəkətə olmas kimi təəssürat yarada bilər. Bu hissəciklər ətraf mühit – nəfəs, yelçəkər və yaxud elektrik gücü “hərəkətə gətirə” bilər. Parça lifləri daşıdıqları statik elektriklənmə səbəbindən digər materiallara “yapışa” bilir.