Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb. Bu barədə onun qızı Nigar Həzi məlumat verib. "Həkim Adil Qeybulla indi Tofiq Yaqublunun yanındadır" - deyə, N. Həzi qeyd edib. Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.

AzPost.az