Həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
AzPost-un xəbərinə görə, bu barədə onu müayinə edən həkim Adil Qeybulla məlumat verib.
Onun sözlərinə görə, aclıq aksiyası keçirən T.Yaqublunun mövcud vəziyyəti nəzərə alınaraq bu addım atılıb.